Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ermənistan XİN başçıları mayın 19-da Moskvada görüşəcək
Azərbaycan və Ermənistan XİN başçıları mayın 19-da Moskvada görüşəcək10-05-2023, 15:33. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə görüşündən sonra hər iki ölkənin XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşü planlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib. Safaryan qeyd edib ki, 19 mayda baş tutacaq görüş zamanı sülh sazişinin mətni danışıqlar masasında olacaq. Ermənistan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, nazirlərin görüşü Rusiya tərəfinin təklifi ilə Moskvada keçiriləcək. Geri dön |