Ana Sayfa > Karusel / Qarabağ > Ordumuzun Su-25-ləri daha dəqiq vuracaq - Türkiyə sursatları quraşdırılır

Ordumuzun Su-25-ləri daha dəqiq vuracaq - Türkiyə sursatları quraşdırılır


10-05-2023, 14:54. Yazar: Admin

Ordumuzun Su-25-ləri daha dəqiq vuracaq - Türkiyə sursatları quraşdırılır

 

Azərbaycan ordusunun Su-25 qırıcılarına Türkiyənin TUBİTAK SAGE müdafiə müəsisəsi tərəfindən hazırlanan "qanadlı tuşlama dəsti" (kanadlı güdüm kiti) adlı sursatlar quraşdırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış "SavunmaSanayiST" saytı məlumat yayıb.

 

Bildirilir ki, sursatın quraşdırıldığı döyüş təyyarəsi Türkiyənin "Konya" şəhərində keçirilən "Anadolu Qartalı" hərbi təlimlərində görünüb. 

 

Bu sursatlar sayəsində ordumuzun Su-25 qırıcıları daha uzaq məsafədəki hədəfləri dəqiqliklə məhv edə biləcək. 

 

Qeyd edək ki, KGK adlı sursat bundan əvvəl Türkiyə ordusunun F-16 döyüş təyyarələrində, "Akıncı", "Aksungur" pilotsuz uçuş aparatlarında quraşdırılaraq sınaqdan keçirilib.


Geri dön