Ana Sayfa > Karusel / Qarabağ > Separatçılar Xankəndidə mitinq keçirdi

Separatçılar Xankəndidə mitinq keçirdi


10-05-2023, 10:21. Yazar: Admin

Separatçılar Xankəndidə mitinq keçirdi

Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan ötən gün Xankəndinin İntibah meydanında mitinq təşkil edib. 

Qarabaginfo.az “Hraparak”a istinadla xəbər verir ki, dünənki mitinqdə 20-25 min adamın iştirak etdiyi iddia olunur.

Erməni nəşrinin iddiasına görə, guya 150 günə yaxındır “blokada”da qalan Qarabağ ermənilərinin çoxunu bölgələrdən mitinqə gətirmək mümkün olmayıb. Qəzet yazır ki, mitinqdə, əsasən, Xankəndi erməniləri iştirak ediblər. 

KİV-in məlumatına görə, ötəngünkü mitinqdə separatçı qurumun hazırkı “prezident”i Araik Arutyunyan, “eks-prezident”lər Arkadi Qukasyan və Bako Saakyan da iştirak ediblər:

“Mitinq “Artsax”da tam “hakimiyyət”ə can atan “dövlət naziri” Qurgen Nersisyan, mitinqlərinə maksimum 50-100 adam toplayan Samvel Babayan, həmçinin, Nikol Paşinyan tərəfindən Qarabağ ermənilərinin “lider”i kimi qəbul edilən Ruben Vardanyana etimadı nümayiş etdirdi. 

Bəzi məlumatlara görə, İrəvandakı hakimiyyət nümayəndələri bu mitinq barəsində hakimiyyətyönümlü KİV-lərə əmr verib ki, bu barədə məlumat yayılmasın. Çünki Ermənistan hakimiyyəti “Artsax”da Ruben Vardanyanın ətrafında müqavimət mərkəzinin formalaşmasından narahatdır”. 


Geri dön