Ana Sayfa > Karusel / Region > Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur - Quterreş
Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur - Quterreş9-05-2023, 14:27. Yazar: Admin |
"İndi Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur, çünki hər iki tərəf qalib gələ biləcəklərinə əmindir”.
Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.
"Təəssüf ki, hazırda sülh danışıqlarının mümkün olduğunu düşünmürəm. Hər iki tərəf qələbə qazana biləcəklərinə əmindir. Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan Rusiyanın işğalı idi. Hesab edirəm ki, Ukrayna onları qaytarmağa ümid edir”, - deyə o bildirib.
O, həmçinin Çin və ya Braziliyanın vasitəçiliyinin döyüşlərə son qoyacağına şübhə etdiyini vurğulayıb.
"Mən artıq demişəm ki, hazırda heç bir sülh danışıqları olmayacaq. Amma ümid edirəm ki, gələcəkdə olacaq. Rusiyanın qış hücumu, Ukraynanın isə yaz hücumu barədə söhbət gedirdi. Aydındır ki, hər iki tərəf tam şəkildə müharibəyə cəlb olunub”, - Quterreş qeyd edib. Geri dön |