Ana Sayfa > Karusel / Region > Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib

Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib


9-05-2023, 12:57. Yazar: Admin

Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Tekin Okan məhv edilib.

Onun kod adının Dəniz Bahri olduğu bildirilib.

Məlumata görə, 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarının əsas təşkilatçısı olub.


Geri dön