Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda əməliyyat bu şəkildə olacaq - Detallar açıqlandı

Qarabağda əməliyyat bu şəkildə olacaq - Detallar açıqlandı


6-05-2023, 21:11. Yazar: Admin

Qarabağda əməliyyat bu şəkildə olacaq - Detallar açıqlandı

AXC hakimiyyəti dönəmində Milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin bir neçə gün bundan əvvəl deyib ki, Azərbaycan 48-72 saatlıq bir hərbi əməliyyata hazır olmalıdır. Onun iddiasına görə, Ukrayna-Rusiya cəbhəsində rəsmi Kiyevin başladacağı əks-hücum əməliyyatları bizə bu fürsət verəcək.

Maraqlıdır, bu iddia nə dərəcədə doğru və realdır?

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan ordusu nəinki 48-72 saatlıq əməliyyata, istənilən vaxt, istənilən coğrafiyada, relyefdə gecə-gündüz demədən döyüş tapşırıqlarını yerin yetirməyə hazırdır:

“Hesab edirəm son 30 ay ərzində biz bunu bütün dünyaya göstərə bilmişik. O ki qaldı Ukrayna-Rusiya cəbhəsində rəsmi Kiyevin başladacağı əks-hücum əməliyyatlarına, bu məsələ rəsmi Bakı üçün aktual deyil. Düzdür, biz Ermənistanın danışıqlar prosesi zamanı və ya görüşlər öncəsi müəyyən təxribatlar törətməsinin şahidi olmuşuq, lakin bunların hamısına layiqli cavab verilib.

Düşünmürəm ki, Azərbaycan indiki məqamda Ukraynanın başladacağı əks-hücum əməliyyatlarından faydalanmaq istəsin. Azərbaycan sülh tərəfdarıdır. Bu gün bizim gündəliyimiz də məhz sülh gündəliyidir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan proseslərdən istifadə etmək istəsəydi, Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi vaxt edərdi. Belə ki, həmin vaxt Ermənistan daxili siyasəti qarışıq idi”.

Ekspert qeyd edib ki, bu gün Qarabağda iki istiqamətdə proses gedir:

“Birincisi, Ermənistan-Azərbaycan sərhədi boyunca gedən proseslərdir.

İkincisi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindəki ərazilərdir.

Hesab edirəm, biz Qarabağda genişmiqyaslı əməliyyatlar keçirməyəcəyik. Burada sadəcə təmizləmə prosesi olacaq. Bu prosesi döyüş əməliyyatı adlandırmaq hər şeydən öncə həmin ərazilərdə xidmət keçən zabit, hərbçi, əsgər valideyinlərini narahat edə bilər”.


Geri dön