Ana Sayfa > Karusel / Region > Rus yazıçısı Zaxar Prilepinin avtomolini partladan “Ateş” hərəkatı kimə bağlıdır?

Rus yazıçısı Zaxar Prilepinin avtomolini partladan “Ateş” hərəkatı kimə bağlıdır?


6-05-2023, 15:04. Yazar: Admin

Özünü ukraynalıların və Krım tatarlarının hərbi hərəkatı kimi təqdim edən “Ateş” (krım tatarlarının dilində “alov” kimi tərcümə olunur) təşkilatı rus yazıçısı Zaxar Prilepinə qarşı sui-qəsdin təşkilinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qarabaginfo.az xəbər verir ki, təşkilat bunu öz Teleqram kanalında açıqlayıb.

Hərəkat üzvləri yazıçını 2023-cü ilin yanvarından izlədiklərini bildiriblər.

Yanvar ayında “Ateş” Prilepinin tapılması və məhvi üçün agentlərinə və Rusiya ordusuna 5000-dən çox mesaj göndərdiyini bildirmişdi. Daha sonra həyat yoldaşı Zaxar Prilepinə davamlı təhdidlərin olduğunu demişdi.

“Mash” Zaxar Prilepinin sui-qəsddən sonra vəziyyətinin ağır olduğunu, hər iki ayağının sındığını yazıb.

“Ateş” 2022-ci ildə yaradılan təşkilatdır. Təşkilatçılar özlərini ukraynalı, krım tatarları və ruslar adlandırırlar. İlk dəfə onlar barədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra məlum olub. Partizan hərəkatının nümayəndələri rus hərbçilərinə qarşı bir neçə təxribat aktına, eləcə də Nova Kaxovka hərbi administrasiyası rəhbərinin müavini Vitali Qurun qətlinə görə məsuliyyəti öz üzərinə götürüblər.(Azpost.info)

 


Geri dön