Ana Sayfa > Karusel / Siyasət > MN: Azərbaycan Ordusunda silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO
MN: Azərbaycan Ordusunda silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO6-05-2023, 13:56. Yazar: Admin |
Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib. Geri dön |