Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə naziri büdcə dəyişikliyinin parametrlərini AÇIQLADI

Maliyyə naziri büdcə dəyişikliyinin parametrlərini AÇIQLADI


6-05-2023, 10:57. Yazar: Admin

 

Maliyyə naziri büdcə dəyişikliyinin parametrlərini AÇIQLADI

Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas parametrlərini açıqlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

 

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq ölkə qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb:

 

"Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. İlk növbədə Böyük Qayıdış proqramında əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər istiqamət isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Ona görə büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa, digər məsələlər də dəyişikliklərdə əksini tapacaq".


Geri dön