Ana Sayfa > Karusel / Səhiyyə > Sağalanların sayı artdı, ölən olmadı
Sağalanların sayı artdı, ölən olmadı5-05-2023, 16:57. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 831 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.
Son sutka ərzində 656, hazırkı dövrədək isə 7 595 306 test aparılıb.
Geri dön |