Ana Sayfa > Karusel / Dünya > İstanbulda taxıl sazişi üzrə görüş keçiriləcək
İstanbulda taxıl sazişi üzrə görüş keçiriləcək5-05-2023, 16:26. Yazar: Admin |
Gələn həftə İstanbulda taxıl sazişi üzrə yüksək səviyyəli görüş keçiriləcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə BMT baş katibinin ofisindən məlumat verilib.
Ukrayna, Türkiyə, Rusiya və BMT arasında “texniki səviyyədə” danışıqlar bu gün planlaşdırılırdı. Daha əvvəl Zelenski bildirib ki, Rusiya Qara dəniz taxıl sazişinin uzadılmasında maraqlı deyil, lakin Kiyev sövdələşməni yerinə yetirmək üçün tərəfdaşlar tapmağa diqqət yetirir.
Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır.
Qeyd edək ki, Moskva sazişin Rusiya tərəfinə aid olan hissələrinə əməl olunmadığını bəyan edir. modern.az Geri dön |