Ana Sayfa > Karusel / Mədəniyyət > Heydər Əliyev haqqında “Liderin qəlbi” adlı film hazırlanır
Heydər Əliyev haqqında “Liderin qəlbi” adlı film hazırlanır5-05-2023, 11:06. Yazar: Admin |
Ümummilli lider Heydər Əliyev haqqında “Liderin qəlbi” adlı film hazırlanır.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, Əməkdar jurnalist Mixail Qusman “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri”mövzusunda beynəlxalq konfransda bildirib.
“Bu barədə ilk dəfədir ki, danışıram. Hazırda film üzərində işləyirik. Nəyə görə Heydər Əliyev haqqında film çəkirsiz desəniz, deyə bilərəm ki, mən onun kimi xarici siyasətçi tanımıram. İki dəfə hakimiyyətə gələn mərhum siyasətçi uğurlu siyasət həyata keçirib”,- deyə o qeyd edib. Geri dön |