Ana Sayfa > Karusel / Region / Dünya > Kremlə dron hücumunu kim edib? - ABŞ Senatının Kəşfiyyat sədri danışdı

Kremlə dron hücumunu kim edib? - ABŞ Senatının Kəşfiyyat sədri danışdı


4-05-2023, 15:53. Yazar: Admin

 

Kremlə PUA hücumunun arxasında Ukraynanın dayandığına dair "heç bir əlamət yoxdur”. 
Qarabaginfo.az xəbər verir ki, CNN-in məlumatına görə, bunu mayın 4-də jurnalistlərə ABŞ Senatının Kəşfiyyat komitəsinin sədri Mark Uorner deyib. 
"Bizdə hələlik məlumat azdır.... Hazırda [Moskvadakı zərbələrin] mənbəyinin ukraynalılar olduğuna dair heç bir əlamət yoxdur”, - Uorner bildirib.
O, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə qapalı brifinqdən sonra deyib.
Təhlükəsizlik xidmətlərinin partlayışın arxasında Kiyevin olduğunu inkar edib-etmədiyini soruşduqda senator deyib ki, hələlik dəqiq bir şey söyləmək tezdir. (Qaynarinfo)

Geri dön