Ana Sayfa > Karusel / Gündəm / İdman > Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI

Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI


4-05-2023, 15:40. Yazar: Admin

Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI

 

Artıq üçüncü dəfədir Suqovuşanda avarçəkmə yarışları keçirilir. İlk yarışda dörd, ikinci yarışda isə 12 ölkədən avarçəkənlər iştirak etmişdi. Hazırkı yarışda 20 ölkədən idmançılar mübarizə aparırlar. Bu da Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yarışları yüksək səviyyədə təşkil etməsinin göstəricisidir.

 

Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Suqovuşanda “Prezident kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində deyib.

 

Cari il ölkəmizdə beynəlxalq turnirlərin sayının çox olduğunu bildirən nazir qeyd edib ki, ötən həftə Bakıda Formula 1 Azərbaycan Qran-Prisi təşkil olundu. Bu həftə də beynəlxalq yarışlar var. Gələn həftə üçün mötəbər turnirlərin təşkili nəzərdə tutulub. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Xüsusi olaraq, mən dövlətin idmana göstərdiyi qayğını vurğulamalıyam. Bu il, həmçinin Şuşada beynəlxalq veloyürüş və şahmat yarışı da təşkil ediləcək.

 

Sumqayıtda məşq zamanı vəfat edən uşağın ailəsinə başsağlığı verən F.Qayıbov bu haqda danışmağın çətin olduğunu deyərək bildirib: “Hadisəyə görə təəssüf hissi keçiririk. Baş verən hadisə hamımızı şoka saldı. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik. Məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması bizim üçün prioritetdir. Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq. Yaxın vaxtlarda yeni sistem istifadəyə veriləcək. Sistemə daxil olaraq həm idmançı, həm məşqçi, həm də hakimlərin lisenziyalaşması barədə məlumat əldə edə bilərlər”.


Geri dön