"Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına edilən diqqəti göstərir".
Qarabaginfo.az Unikal.org-a istinadən xəbər verir ki, bu fikirləri vitse-spiker Adil Əliyev sosial şəbəkədəki hesabında yazib.
Onun sözlərinə görə, ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır: "Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın".
Qeyd edək ki, bu günlərdə AMEA Prezidenti Ramiz Mehdiyev nəvəsinə toy edib, bəzi rəsmi şəxslər də mərasimə qatılıb.