Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

Azərbaycan Prezidenti: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi


3-05-2023, 15:34. Yazar: Admin

Azərbaycan Prezidenti: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında bildirib.

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.


Geri dön