Ana Sayfa > Karusel / Siyasət > Aİ səfiri: Regionda kommunikasiyaların açılması sülh prosesinə öz töhfəsini verəcək
Aİ səfiri: Regionda kommunikasiyaların açılması sülh prosesinə öz töhfəsini verəcək3-05-2023, 12:54. Yazar: Admin |
Regionda kommunikasiyaların açılması açılması hər iki ölkənin sülh prosesinə öz töhfəsini verəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.
"Kommunikasiyaların açılması şübhəsiz ki, Azərbaycanla Aİ arasında ticarət əlaqələrinin gələcəkdə möhkəmləndirilməsinə xidmət edəcək. Bu Avropa ilə Asiyanı birləşdirmək üçün də mühümdür və üçtərəfli bəyanatda da öz əksini tapıb. Aİ hər yerdə sülhün və sabitliyin qorunub saxlanılmasının, əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır". Geri dön |