Ana Sayfa > Karusel / Region > Ukrayna ordusu 21 İran dronunu vurub

Ukrayna ordusu 21 İran dronunu vurub


3-05-2023, 10:50. Yazar: Admin

Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd Shahed kamikadze dronunu vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, mayın 3-nə keçən gecə Rusiya ordusu PUA-lardan istifadə etməklə növbəti kütləvi hücum həyata keçirib.

“Düşmən ümumilikdə 26 hücum pilotsuz uçuş aparatından istifadə edib. 21 PUA hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – məlumatda deyilir.


Geri dön