Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


2-05-2023, 16:00. Yazar: Admin

Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

NATO Müavinlər Komitəsi (DPRC) ilə Azərbaycan arasında ikitərəfli görüş yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perpektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.


Geri dön