Ana Sayfa > Karusel / Qarabağ > Arayik buraxılış məntəqəsindən keçsə, həbs ediləcək

Arayik buraxılış məntəqəsindən keçsə, həbs ediləcək


2-05-2023, 15:46. Yazar: Admin

Arayik buraxılış məntəqəsindən keçsə, həbs ediləcək

Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsinin açılması ilə ölkəmizin ərazisinə qeyri- qanuni giriş-çıxış imkanları heçə endirilib. 

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib. 

"30 illik işğal müddətində Azərbaycan qanunlarını pozmuş, Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət törətmiş, hüquq-mühafizə orqanlarımız tərəfindən haqqında axtarış elan olunmuş şəxslər artıq sərhəd məntəqəsindən keçə bilməyəcəklər. Araik Arutyunyan və onun ətrafında toplaşan cinayətkarlar sərhəd məntəqəsini keçməyə cəhd göstərərlərsə, şübhəsiz ki, saxlanılacaqlar və onlarla bağlı istintaq-məhkəmə prosesləri aparılacaq. Əlləri Azərbaycan xalqının qanına bulaşmış bütün cinayətkarlar layiq olduqları cəzanı alacaqlar", - deyə deputat vurğulayıb. 


Geri dön