Ana Sayfa > Karusel / Gündəm > Yenə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
Yenə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ2-05-2023, 13:00. Yazar: Admin |
Sabah - mayın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah Azərbaycanın rayonlarındaə qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir. Geri dön |