Ana Sayfa > Karusel / Hadisə > Masazırda restoran YANDI

Masazırda restoran YANDI


2-05-2023, 11:05. Yazar: Admin

 

Masazırda restoran YANDI

 

Abşeron rayonunda restoranda yanğın olub.

 

Bu barədə Qarabaqinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön