Ana Sayfa > Karusel / Siyasət / Dünya > BMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçib

BMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçib


1-05-2023, 23:06. Yazar: Admin

24 oktyabr BMT günüdür - AZƏRTAC

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib.

Qarabaginfo.az xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərayan edən hadisələrin müzakirəsi prioritet olacaq.

O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib.

Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.(Report)


Geri dön