Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri olacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəyin Əsri” Təşviq Proqramının rəsmi açılışında bildirib.
O qeyd edib ki, "Hürjet" Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək. Onun sözlərinə görə, “KAAN” yerli sursatla təchiz ediləcək.