Ana Sayfa > Karusel / Siyasət / Region > Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb
Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb1-05-2023, 17:26. Yazar: Admin |
Ermənistanın hələ Üçtərəfli bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kənlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Qeyd edilib ki, Ermənistan baş naziri Nikol Paşinyanın müharibəni uduzmağın Ermənistanda olan “5-ci kolonla” əlaqələndirməsi və müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasının təsdiq olunduğunu, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi və hərbi rəhbərliklərinin qüvvələrin hələ də çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözçüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir. “Uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur. Geri dön |