Ana Sayfa > Karusel / Region > XİN sözçüsü “Hüseynçilər“in həbsindən danışdı

XİN sözçüsü “Hüseynçilər“in həbsindən danışdı


1-05-2023, 16:38. Yazar: Admin

XİN sözçüsü “Hüseynçilər“in həbsindən danışdı

 

"Bəzən dərc olunan xəbərlər ya doğru deyil, ya da bunun arxasında xüsusi motivlər dayanır".

Qarabaginfo.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O bugünkü ənənəvi mətbuat konfransında İranda "Hüseynçilər" kimi tanınan qrupun 2 lideri - Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi xəbərinə dair suala belə cavab verib:

"Bəzən dərc olunan xəbərlər ya doğru deyil, ya da bunun arxasında xüsusi motivlər dayanır. Bununla bağlı məndə ətraflı məlumat yoxdur, amma ümumiyyətlə, istər iranlı olsun, istərsə də əcnəbi olsun, qanun pozuntusuna yol verən, qanunu pozan hər bir şəxs təbii ki, aidiyyatı qurumların addımı ilə üzləşəcək və istisnalar yoxdur. Bu kimi sahələrdə qeyri-müəyyən məsələlər qaldırmaqdan çəkinin, güman ki müvafiq orqanlar məlumat verəcəklər".

Xatırladaq ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov 1 həftə əvvəl Qum şəhərində həbs olunub. Onların Kəşfiyyat Nazirliyində saxlanıldığı iddia olunur.


Geri dön