Ana Sayfa > Karusel / Cəmiyyət > “Geomaqnit sahəsi aktiv olacaq”- Rəsədxana məlumat yaydı

“Geomaqnit sahəsi aktiv olacaq”- Rəsədxana məlumat yaydı


1-05-2023, 16:34. Yazar: Admin

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, hazırda Günəşin səthində 6 ləkə qrupu və 105 ləkə var. Tac dəliyi müşahidə edilir. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 740 km/s qeydə alınıb. Hazırda isə bir qədər zəifləyərək 532.9 km/s təşkil edir. Planetlərarası maqnit sahəsinin qiyməti isə zəifləyib. Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti 3.5 nT, radial istiqamətdə isə 1.25 nT təşkil edir.

Kosmik hava sakitdir.

Mayın 1-dən 7-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif isə 5 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal edilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 5 faiz təşkil edir.

Günəş küləyinin sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı, aprelin 29-da baş vermiş CME-nin təsiri ilə yenidən artacağı gözlənilir.

Aprelin 21-də baş vermiş CME-nin təsiri davam etdiyindən hazırda Kp indeksi 2 olsa belə, G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır.

Mənfi qütblü CH HSS-nin davamlı təsiri səbəbindən geomaqnit sahəsinin aktiv olacağı gözlənilir.


Geri dön