Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB-in Nizamnaməsi təsdiq edilib
TƏBİB-in Nizamnaməsi təsdiq edilib1-05-2023, 16:26. Yazar: Admin |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi təsdiq edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlididir. Geri dön |