Ana Sayfa > Karusel / Region > Gürcüstan hakimiyyəti Avropa üçün problemdir - Kaladze

Gürcüstan hakimiyyəti Avropa üçün problemdir - Kaladze


1-05-2023, 15:54. Yazar: Admin

Gürcüstan hakimiyyəti Avropa üçün problemdir - Kaladze

 

Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib.

 

Qarabaginfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kaladze bunu müharibə ilə əlaqələndirib.

 

"Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır", - deyə o qeyd edib.

 

Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.(Modern.az)


Geri dön