Ana Sayfa > Karusel / Siyasət > Fransa səfirliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb

Fransa səfirliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb


28-04-2023, 22:17. Yazar: Admin

 

Fransa səfirliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb

Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə səfir An Bualon bu barədə Tviterdə bildirib.

“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir” – diplomat qeyd edib.


Geri dön