Ana Sayfa > Karusel / Siyasət > Vahid Əhmədova töhmət verilib

Vahid Əhmədova töhmət verilib


28-04-2023, 17:00. Yazar: Admin

Vahid Əhmədova töhmət verilib - YENİLƏNİB

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət olunub.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.

Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.

Qapalı keçiriləniclasda deputat Vahid Əhmədova töhmət verilib.


Geri dön