Ana Sayfa > Karusel / Sosial > Birinci rübdə 13 min şəxsə əlillik təyin olunub

Birinci rübdə 13 min şəxsə əlillik təyin olunub


28-04-2023, 12:25. Yazar: Admin

Birinci rübdə 13 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.


Geri dön