Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan bu gün də tədbirlərə onlayn qatılacaq

Ərdoğan bu gün də tədbirlərə onlayn qatılacaq


28-04-2023, 10:47. Yazar: Admin

Ərdoğan bu gün də tədbirlərə onlayn qatılacaq

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yarandıqdan sonra bəzi tədbirlərə onlayn formatda qatılmışdı.

 

Qarabaginfo.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bugünkü qrafikini də onlayn şəkildə yerinə yetirəcək.

 

Belə ki, dünən Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində videokonfrans yolu ilə iştirak edən Ərdoğan bu gün Adanadakı 15 iyul şəhidləri körpüsünün açılış mərasiminə iqamətgahından onlayn şəkildə qoşulacaq.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib.


Geri dön