Ana Sayfa > Karusel / Region > Rusiya simasını necə qoruyacağını bilmir - NAZİR
Rusiya simasını necə qoruyacağını bilmir - NAZİR27-04-2023, 13:10. Yazar: Admin |
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı haqqında danışıb.
Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, nazir əməliyyatın gizliliyinə diqqət çəkib.
"Düşmən bundan nə qədər uzun müddət xəbərsiz olsa, bir o qədər uğurlu olar. Hərbi əməliyyatın mənası budur - onun başlandığını heç kim bilməməlidir. Buna görə də əks-hücum gözləməyə və çox yüksək qiymətləndirməyə dəyməz. Hava hücumundan müdafiə bir nömrəli prioritet olaraq qalacaq", - o bildirib.
"Səmanın təhlükəsizliyi ölkənin "sağ qalması" deməkdir. Ərzaq istehsal etmək, vergi ödəmək, ordunu dəstəkləmək üçün istifadə olunan büdcəni doldurmaq qabiliyyəti bundan asılıdır. Hazırda partnyorlarımızla əsas vəzifəmiz snayper tüfənglərindən tutmuş tanklara və HIMARS-a qədər tərəfdaşlardan alınan sistemlər üçün ehtiyat hissələri, texniki xidmət, təmir və döyüş sursatı ilə təmin etməkdir. Rusiya danışıqlar istəyir, amma simasını necə xilas edəcəyini və müharibəni necə bitirəcəyini bilmir, ona görə də variantlar axtarır", - Reznikov əlavə edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.(Modern.az) Geri dön |