Ana Sayfa > Karusel / Region > 22 min insanın ölümünə səbəb olan rus general işdən çıxarıldı

22 min insanın ölümünə səbəb olan rus general işdən çıxarıldı


27-04-2023, 12:57. Yazar: Admin

22 min insanın ölümünə səbəb olan rus general işdən çıxarıldı

 

General-polkovnik Mixail Mizintsevin Rusiya müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya mediasında iddia yer alıb. Lakin xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib.

 

Qeyd edək ki, Mixail Mizintsev ordunun maddi-texniki təminatına cavabdeh olub. O, daha əvvəl Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzinə rəhbərlik edib.

 

Mizintsev, həmçinin Ukraynada 22 min insanın öldüyü Mariupol şəhərinin üç aylıq mühasirəsində Rusiya qoşunlarının rəhbəri olub. Bundan əvvəl, Suriyada Rusiyanın koordinasiya etdiyi hücumlara da məhz Mizintsev rəhbərlik edib.

 

Xatırladaq ki, 2022-ci ilin martında Britaniya hökuməti Mizintsevə qarşı şəxsi sanksiyalar tətbiq etmişdi.


Geri dön