Ana Sayfa > Karusel / Dünya > Bayden söz verdi: Kim Çen nüvə zərbəsi endirsə...
Bayden söz verdi: Kim Çen nüvə zərbəsi endirsə...27-04-2023, 12:47. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden KXDR tərəfindən nüvə zərbəsi endirəcəyi təqdirdə Cənubi Koreyanı qoruyacağına və Şimali Koreya lideri Kim Çen Inın rejimini məhv edəcəyinə söz verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə France24 xəbər yayıb.
"Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və tərəfdaşlarına qarşı nüvə hücumu qəbuledilməzdir və rejimin sonu ilə nəticələnəcək. Biz bu addımı atacağıq”, - deyə o vurğulayıb.
Bayden aydınlaşdırıb ki, Vaşinqton yarımadada nüvə silahı yerləşdirmək niyyətində deyil, lakin onun sahillərinə müntəzəm olaraq belə döyüş başlıqları olan sualtı qayıqlar göndərəcək. Bu, 40 ildən artıq müddətdə ilk dəfədir ki, belə bir razılaşma əldə edilir. Amerika liderinin sözlərinə görə, nüvə zərbəsinin qarşısının alınması KXDR tərəfindən "təhdidlərin artması" və "sanksiyaların açıq-aşkar pozulması" fonunda xüsusilə vacibdir.
Öz növbəsində Cənubi Koreya prezidenti Yun Sok Yöl bildirib ki, Bayden Pxenyanın nüvə zərbəsi endirəcəyi təqdirdə ona "atom cavabı” şəklində müdafiə vəd edib. "Ölkələrimiz KXDR tərəfindən nüvə hücumu baş verəcəyi təqdirdə dərhal prezidentlərlə məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. ABŞ-ın nüvə silahı da daxil olmaqla, alyansın bütün gücündən istifadə etməklə, tez, sərt və qətiyyətlə cavab vermək vəd edilib”, - Yun bildirib.
O əlavə edib ki, bundan əlavə, nüvə qarşısının alınması üzrə məşvərət qrupu yaradılacaq. Birləşmiş Ştatlar bu qrupun köməyi ilə öz müttəfiqlərinə Amerikanın "böyük gözlənilməz hadisələr”, o cümlədən nüvə silahından istifadə ilə bağlı planları barədə məlumat verəcək.
Qeyd edək ki, son 1,5 ildə KXDR mütəmadi olaraq raketləri sınaqdan keçirir, baxmayaraq ki, bu, BMT sanksiyaları ilə qadağandır. Aprelin 14-də ölkə "Hvason-18” qitələrarası ballistik raketin ilk buraxılışını həyata keçirib. Kim Çen Inın sözlərinə görə, bu, "ölkənin əks-hücum nüvə zərbəsinə hazırlığını" artıracaq və "strateji çəkindirmə qüvvələrinin tərkibini kəskin şəkildə yenidən qurmağa" imkan verəcək.
Bu açıqlamadan bir neçə saat sonra Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri Amerikanın B-52H bombardmançıları və F-35A, F-15 və F-16 qırıcılarının iştirakı ilə təlim keçirib.(Qaynarinfo)
Geri dön |