Ana Sayfa > Karusel / Region > Ağır durumdayıq - Qriqoryandan etiraf
Ağır durumdayıq - Qriqoryandan etiraf27-04-2023, 11:03. Yazar: Admin |
"Ermənistan olduqca ağır durumdadır, bizi müdafiə etməli olan təhlükəsizlik mexanizmləri hazırda çalışmır".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan OTA-ya müsahibəsində bildirib.
“İndi biz yeni təhlükəsizlik qarantiyaları axtarmaqdayıq. Bizi Qərbə istiqamətlənməkdə günahlandırırlar, amma biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz müxtəlif sahələrdə, təhlükəsizlik problemlərimizi həll etmək üçün əməkdaşlıq edirik”, - Qriqoryan bildirib.
"Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir", - deyə o əlavə edib.(Modern.az) Geri dön |