Ana Sayfa > Karusel / Siyasət / Region > Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb


27-04-2023, 10:26. Yazar: Admin

Yüksek Seçim Kurulu'nda 5 üye değişecek, yeni başkan seçilecek

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bunun üçün dünyanın 75 ölkəsində 156 seçki məntəqəsi yaradılıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasından bildirilib ki, xaricdəki türkiyəli seçicilərin sayı 3 milyon 416 min 98 nəfərdir.

Qardaş ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərindəki seçki məntəqələri isə mayın 5-də Bakı vaxtı ilə saat 09:00-da açılacaq.

Səsvermə Türkiyənin Bakıdakı səfirliyində (Səməd Vurğun küçəsi 134), Gəncədəki Baş Konsulluğunda (M.A. Abbaszadə 6) və Naxçıvandakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək.

Diplomatik nümayəndəliklərdə səsvermə mayın 7-də saat 21:00-da başa çatacaq.

Ümumilikdə, xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatacaq.

Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində baş tutacaq.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 64 milyon 113 min 941 seçici səs verəcək.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək


Geri dön