Ana Sayfa > Karusel / Qarabağ > Qarabağdakı sülhməramlıların komandanı dəyişdi - RƏSMİ

Qarabağdakı sülhməramlıların komandanı dəyişdi - RƏSMİ


26-04-2023, 23:34. Yazar: Admin

Rusiya MN təsdiqlədi: Lentsov Volkovun yerinə təyin edildi

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingentinin komandiri təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, buna qədər sülhməramlıların komandanı Andrey Volkov idi. Ötən gün onun vəzifəsindən geri çağırması barədə məlumat yayılmışdı.


Geri dön