Ana Sayfa > Karusel / Gündəm > Erməni mediası İsa Qəmbərin oğlundan yazdı

Erməni mediası İsa Qəmbərin oğlundan yazdı


26-04-2023, 23:32. Yazar: Admin

Erməni mediası İsa Qəmbərin oğlundan yazdı

“Azərbaycanlı müxalifət lideri İsa Qəmbərin oğlu “erməni soyqırımı”nı tanıdı”.

Qarabaginfo.az Konkret.az-a istinadən xəbər verir ki, bu başlıqla erməni meiası yazı dərc edib. Bildirilir ki, Azərbaycanın müxalifət lideri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər özünün Twitter mikrobloqunda “erməni soyqırımı”nı tanıyıb.

Ermənilər bu “xəbəri” şadyanalıqla paylaşır.

Qeyd edək ki, İsa Qəmbər oğlunun bu tvitinin onun üçün gözlənilməz olduğunu bildirib və qəbul etməyib.


Geri dön