Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək


26-04-2023, 16:52. Yazar: Admin

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus”un Baş direktoru Zoltan Tanko imzalayıb.

Memorandum “İkarus” avtobuslarının Azərbaycanda istehsalına başlanılması, ilkin olaraq ildə 100 ədəd avtobus istehsal olunması, tədricən bu rəqəmin 500 ədədə çatdırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri əhatə edir.


Geri dön