Ana Sayfa > Karusel / Dünya > Putin Özbəkistan prezidenti ilə danışdı

Putin Özbəkistan prezidenti ilə danışdı


26-04-2023, 15:37. Yazar: Admin

 

Putin Özbəkistan prezidenti ilə danışdı

Rusiya prezidenti Vladimir Putinin Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı olub.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, ikitərəfli gündəlikdəki aktual məsələlər, xüsusən də qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində addımlar müzakirə edilib.

 

Bu baxımdan 24-26 aprel tarixlərində Rusiyanın aktiv iştirakı ilə Özbəkistanda keçirilən “İNNOPROM. Mərkəzi Asiya-2023”  Beynəlxalq Sənaye Sərgisinin uğuru qeyd olunub. modern.az


Geri dön