Ana Sayfa > Karusel / Gündəm > Minaya düşən şəxsin ayağı amputasiya olundu

Minaya düşən şəxsin ayağı amputasiya olundu


26-04-2023, 12:21. Yazar: Admin

 

Minaya düşən şəxsin ayağı amputasiya olundu

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

 

Qarabaqinfo.az-a APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

 

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.


Geri dön