Ana Sayfa > Karusel / Sosial > Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib
Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib25-04-2023, 22:02. Yazar: Admin |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib. Qarabaginfo.az xəbər verir ki, bu Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb. Qərara əsasən, bu komissiya ləğv olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kim idi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının
T Ə R K İ B İ Komissiyanın sədri Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarına etdiyi dəyişikliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi də ləğv edilib. Geri dön |