Ana Sayfa > Karusel / Qarabağ > Sərhəd-buraxılış məntəqəsindən yeni GÖRÜNTÜLƏR

Sərhəd-buraxılış məntəqəsindən yeni GÖRÜNTÜLƏR


25-04-2023, 17:54. Yazar: Admin

Sərhəd-buraxılış məntəqəsindən yeni GÖRÜNTÜLƏR

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsinin görüntüləri yayılıb.

 

Qarabaginfo.az xəbər verir ki, görüntülərdən məntəqənin artıq hazır olduğu görünür.

 

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

 

Görüntüləri təqdim edirik:

 

 

 

Geri dön