Ana Sayfa > Karusel / Region > Ukrayna ordusu gələn ay hücuma keçəcək
Ukrayna ordusu gələn ay hücuma keçəcək25-04-2023, 10:51. Yazar: Admin |
Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir. Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir. Geri dön |