Ana Sayfa > Karusel / Dünya > Peskov oğlunun "Vaqner"çi olmasından DANIŞDI

Peskov oğlunun "Vaqner"çi olmasından DANIŞDI


24-04-2023, 15:00. Yazar: Admin

 

Peskov oğlunun

 

Kremlin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın həqiqətən də Ukraynadakı döyüşlərdə iştirak etdiyini təsdiqləyib.

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, lakin o, təfərrüatları açıqlamayıb.

 

"O, vaxtilə Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət edib. Öz konstitusiya borcunu yerinə yetirib. İndi belə bir qərar verib. O, yetkindir. Bəli, doğrudan da iştirak edib. Mən daha çox danışmaq istəməzdim", - deyə sözçü bildirib.

 

Qeyd edək ki, N.Peskov "Vaqner"çi olduğunu demişdi.


Geri dön