Ana Sayfa > Karusel / İdman > Bakıda Formula 1 yarışına hazırlıqla bağlı yoxlama keçirilib, təhlükəsizlik tədbirləri barədə tapşırıqlar verilib

Bakıda Formula 1 yarışına hazırlıqla bağlı yoxlama keçirilib, təhlükəsizlik tədbirləri barədə tapşırıqlar verilib


22-04-2023, 14:55. Yazar: Admin

Formula-1 başlayır

Bakıda aprelin 28-30-da baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinin təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Daxili Qoşunlar: “Formula-1 Azərbaycan Qran-Pri” yarışı zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib - Poliqon.az


Geri dön