Ana Sayfa > Karusel / Dünya > Rusiya "Vikipediya"nı 1,5 milyon rubl cərimələdi
Rusiya "Vikipediya"nı 1,5 milyon rubl cərimələdi20-04-2023, 16:00. Yazar: Admin |
Rusiya məhkəməsi "Vikipediya" xidmətini cərimələyib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilir ki, Ukraynadakı müharibə ilə bağlı məqaləni silmədiyinə görə "Vikipediya" 1,5 milyon rubl (18,400 dollar) məbləğində cərimələnib.
Agentlik bildirir ki, söhbət 2022-ci ilin fevral-mart aylarında Ukraynanın Sumı vilayətində yerləşən Axtırka bölgəsi uğrunda gedən döyüşlərdən bəhs edən məqalədən gedir. Məqalədə "Amnesty" hüquq müdafiə təşkilatına istinadla Rusiya ordusunun hərbi cinayətlər törətdiyi bildirilir.
Qeyd edək ki, "Vikimedia" baş ofisi ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatıdır. Təşkilatın "Vikipediya" və "Vikilüğət" kimi xidmətləri mövcuddur. Geri dön |