Ana Sayfa > Karusel / Hadisə > İlin ilk Günəş tutulması başlayıb

İlin ilk Günəş tutulması başlayıb


20-04-2023, 09:46. Yazar: Admin

İlin ilk Günəş tutulması başlayıb

İlin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Qarabaginfo.az-a verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb, saat 10:59-da isə sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.


Geri dön